«Qəbələ» mövsümün ikinci yarısına qələbə ilə başladı - Video
Xəbərlər / 3 Fevral 2019 | 16:39414
«Qəbələ» mövsümün ikinci yarısına qələbə ilə başladı - Video

“Qəbələ” – “Sumqayıt” – 1:0

3 fevral 2019. Saat 14:00. Qəbələ şəhər stadionu, 530 tamaşaçı  

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Akif Əmirəli, Rza Məmmədov

Dördüncü hakim: Kamal Umudlu

Hakim-inspektor: Munis Abdullayev 

AFFA nümayəndəsi: Şaiq Həmidov 

Sarı vərəqələr: Davit Volkov, 43 (qeyri-idman hərəkəti); Amin Seydiyev, 57 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 79 (qeyri-idman hərəkəti)

Qollar: Stiven Monroz, 84

Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - 3 dəq.

 

“Qəbələ” mövsümün ikinci yarısına start verib. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının dünən başlayan XV turunun ikinci günündə meydana çıxıb. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda III dövrənin ilk görüşünü evdə keçirib. “Qəbələ” turnir cədvəlində qonşu pillədə qərarlaşan “Sumqayıt”ı qəbul edib. Qurbanov start heyətində yeni transfer Davit Volkovi və klubun futbol akademiyasının yetirməsi Amin Seydiyevə şans verib. 

Görüş qarşılıqlı hücumlarla başlayıb. Oyunun əvvəlində “Qəbələ” daha çox mövqe hücumları qurmağa çalışıbsa, sumqayıtlılar sürətli həmlələrə üstünlük verib. 9-cu dəqiqədə sağ cinahla irəliləyən Stiven Monroz rəqib qapısı önündə təhlükə yaratsa da, onun çərçivə önünə ötürməsini qolkiper tutub. Ardınca Dmitri Bezotosnı bir neçə dəfə inamlı oyun nümayiş etdirib. O, Əfran İsmayılovun təhlükəli cərimə zərbəsi və Aleksey İsayevin gözlənilmədən göndərdiyi topu dəf edib. İlk yarının sonlarında fəallığı artıran “qırmızı-qaralar” bir neçə yaddaqalan epizod yaradıb. 33-cü dəqiqədə Cavid Hüseynovun ötürməsindən sonra öncə Stiven Monroz, ardınca Ceyms Adeniyi qapını nişan alıb. İlk zərbə müdafiəçidən dönübsə, təkrar toxunuşdan sonra qapının üstündən keçib. Lalavele Atakora isə iki dəfə qapı istiqamətinə təhlükəli zərbə endirib. Hər iki epizodda rəqib qolkiper qola imkan verməyib.

İkinci hissəyə hücumlarla başlayan “qırmızı-qaralar” rəqib qapıçısı üçün bir neçə gərgin epizod yaradıb. Stiven Monroz və Davit Volkovinin çərçivəyə düşməyən zərbələri də yaddaqalan olub. Hissənin ortalarında “Qəbələ” hesabı açmağa real imkan qazanıb. Stiven Monrozun cərimə meydançasına ötürməsindən sonra Ceyms Adeniyi yaxın məsafədən qapını nişan alıb. Lakin top qapı dirəyinə tuş gəlib. Qarşılıqlı hücumların müşahidə olunduğu ikinci yarıda “Qəbələ”nin həmlələri daha təhlükəli alınıb. 84-cü dəqiqədə isə hesab açılıb. Matçın ən fəallarından olan Stiven Monroz təxminən 24 metrdən qapını dəqiq nişan alıb. Bu, onun cari çempionatda 5-ci, “qırmızı-qaralar”ın 2019-cu ildə ilk qolu olub. Monrozun rəqib qapısından keçirdiyi top matçın taleyini həll edib. Düzdür, buraxılan qoldan sonra qonaqlar böyük qüvvə ilə atılıb. Lakin “Qəbələ” üstünlüyünü qoruyaraq mövsümün ikinci yarısına 1:0 hesablı ev qələbəsi ilə başlayıb.

 “Qəbələ”

22. Dmitri Bezotosnı

34. Urfan Abbasov

14. Cavid Hüseynov (k)

4. Elvin Camalov

3. Voislav Stankoviç

21. Atakora Lalavele

17. Ceyms Adeniyi

28. Stiven Monroz

9. Davit Volkov

(88. Sabien Lilay, 81)

27. Bəhlul Mustafazadə

2. Amin Seydiyev

Ehtiyat oyunçular:

1. Anar Nəzirov

35. Murad Popov

5. Rasim Ramaldanov

18. İlqar Qurbanov

8. Qismət Alıyev

7. Roman Hüseynov

98. Rövlan Muradov 

Baş məşqçi: Sənan Qurbanov

“Sumqayıt” 

12. Rəşad Əzizli

21. Arif Daşdəmirov

2. Rail Məlikov

(70. Ülvi İsgəndərov, 87)

3. Vurğun Hüseynov (k)

99. Əli Babayev

10. Aleksey İsayev

22. Əfran İsmayılov

7. Cavid Tağıyev

(11. Atilla Yıldırım, 64)

5. Adil Nağıyev

8. Peyman Babayi

(15. Əmir Ağayev, 69)

74. Yusif Nəbiyev

Ehtiyat oyunçular:

1. Mehdi Cənnətov

60. Elvin Məmmədov

17. Nicat Qurbanov

50. Peyman Keşavari

9. Ehtiram Şahverdiyev

97. Xəyal Nəcəfov

77. Murad Xaçayev

18. Süleyman Əhmədov

Baş məşqçi: Ayxan Abbasov