«Qəbələ» mövsümün ilk məğlubiyyətini paytaxtda aldı
Xəbərlər / 18 Avqust 2012 | 15:31326
«Qəbələ» mövsümün ilk məğlubiyyətini paytaxtda aldı

"Neftçi" - "Qəbələ" 3:0

18 avqust 2012. Saat 18:00. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 800 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Mübariz Haşımov
Dördüncu hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
Sarı vərəqələr: Elvin Yunuszadə, 15 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); Bruno Bertuççi, 40 (əllə tutduğuna görə) // Ürfan Abbasov, 37 (kobud oyun); Luis Paulo Hilario, 45 (hakimə etiraz); Kalabane Umar, 75 (hakimə etiraz)
Qollar: Cavid İmamverdiyev, 47; 87; Julius Vobay, 56
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.

 “Neftçi”

30. Saşa Stamenkoviç
4. Tərlan Quliyev
7. Kabral Rodriqo Sezar
(6. Rəşad Sadiqov, dəq.46)
9. Flavio Aleks Valensio
(28. Emin Mehdiyev, dəq.78)
11. Kanales Nikolas
15. Ramos Erik
16. Bertuççi Bruno
17. Araz Abdullayev
(10. Julius Vobay, dəq.46)
22. Mahir Şükürov
25. Cavid İmamverdiyev
32. Elvin Yunuszadə (k)

Ehtiyat oyunçular:

12. Emil Balayev
3. Saşa Yunisoğlu
19. Mirhüseyn Seyidov
26. Kərim Diniyev

Məşqçi: Tərlan Əhmədov

“Qəbələ”

25. Kosta Silva Dieqo
8. Bruno Da Silva
10. Luis Paulo Hilario
(9. Viktor Mendi, dəq.67)
11. Yannik Kamanan
15. Kalabane Umar
18. Aleksandr Çertoqanov (k)
22. Lourival Rodriqes
27. Rəşad Abdullayev
(21. Elmar Baxşıyev, dəq.60)
34. Ürfan Abbasov
(99. Amil Yunanov, dəq.81)
84. Kelhar Deyan  
88. Nodar Məmmədov

Ehtiyat oyunçular:

30. Anar Nəzirov
3. Vurğun Hüseynov
20. Rəşid Əmiraslanov
23. Şəhriyar Xəlilov

Baş məşqçi: Fatih Kavlak

Fatih Kavlak: ““Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevə şəfa diləyirəm. İnanıram ki, tezliklə onu komandasının başında görəcəyik. “Neftçi” psixoloji cəhətdən gərgin idi. Onlara qələbə lazım idi. 3-0 hesablı məğlubiyyət bizi ayıltdı. Səhvlərimizi təhlil edəcəyik. “Neftçi”yə Avropa Liqasında uğurlar arzulayıram”.

Tərlan Əhmədov: “Çempionlar Liqasında “Hapoel”ə, Premyer Liqada “Qarabağ”a ardıcıl məğlub olduqdan sonra qələbə qazanmaq bizim üçün çox vacib idi. Ötən tur süni örtüklü meydançada oynadığımız üçün futbolçular hələ də özlərinə gələ bilməyiblər. “Qəbələ”nin “İnter”lə oyununu izləmişdik. Rəqibin yarımmüdafiə və hücum xətti bizi narahat edirdi. “Qəbələ” ilk hissədə bizə problem yaratsa da, ikinci hissədə vurduğumuz qollarla qələbə qazandıq. Bu gün Rəşad Sadiqov və Vobaya istirahət vermişdim. Onlar da ikinci hissədə meydana daxil olub özlərini doğrultdular”.