«Qəbələ» mövsümün ilk turunda «Neftçi» ilə qarşılaşacaq
Xəbərlər / 30 İyul 2021 | 14:13162
«Qəbələ» mövsümün ilk turunda «Neftçi» ilə qarşılaşacaq

Bu gün Azərbaycan Premyer Liqasının 2021-2022-ci illər mövsümünün püşkü atılıb. Tədbir AFFA-nın inzibati binasında baş tutub. Püşkatmanın nəticələrinə əsasən XXX ölkə çempionatının ilk turunun cütləri müəyyənləşib. “Qəbələ” mövsümdə ilk oyununu “Neftçi”yə qarşı keçirəcək. “Qırmızı-qaralar”ın ilk qarşılaşması səfərdə baş tutacaq. I turun görüşləri avqustun 14-də start götürəcək.

 

Azərbaycan Premyer Liqası

I tur

“Zirə” - “Qarabağ”

“Neftçi” – “Qəbələ”

“Keşlə” - “Sumqayıt”

“Sabah” – “Səbail”