«Qəbələ» mövsümün ilk turunda «Turan Tovuz»la qarşılaşacaq
Xəbərlər / 15 İyul 2022 | 15:17151
«Qəbələ» mövsümün ilk turunda «Turan Tovuz»la qarşılaşacaq

Bu gün Azərbaycan Premyer Liqasının 2022-2023-cü illər mövsümünün püşkü atılıb. Tədbir AFFA-nın inzibati binasında baş tutub. 

Püşkatmanın nəticələrinə əsasən XXXI ölkə çempionatının ilk 3 turunun cütləri müəyyənləşib. “Qəbələ” mövsümdə ilk oyununu "Turan Tovuz"a qarşı keçirəcək. “Qırmızı-qaralar”ın ilk qarşılaşması rəqib meydanında baş tutacaq. 

I turun görüşləri avqustun 5-də start götürəcək. Çempionatda 10 komanda 4 dövrədə mübarizə aparacaq.

 

Azərbaycan Premyer Liqası

5-6-7 avqust

         I tur

“Sabah”–“Sumqayıt”

“Kəpəz”–“Zirə”

“Şamaxı”–“Neftçi”

“Turan Tovuz”–“Qəbələ”

“Qarabağ”–“Səbail”

 

12-13-14 avqust

         II tur

“Sumqayıt”-“Qarabağ”

“Səbail”-“Turan Tovuz”

“Qəbələ”-“Şamaxı”

“Neftçi”-“Kəpəz”

“Zirə”-“Sabah”

 

19-20-21 avqust

        III tur

“Zirə”-“Sumqayıt”

“Sabah”-“Neftçi”

“Kəpəz”-“Qəbələ”

“Şamaxı”-“Səbail”

“Turan Tovuz”-“Qarabağ”