Bu gün Azərbaycan Premyer Liqasının 2020-2021-ci illər mövsümünün püşkü atılıb. Tədbir AFFA-nın inzibati binasında baş tutub. Püşkatmanın nəticələrinə əsasən XXIX ölkə çempionatının ilk turunun cütləri müəyyənləşib. “Qəbələ” mövsümdə ilk oyununu “Zirə”yə qarşı keçirəcək. “Qırmızı-qaralar”ın ilk qarşılaşması evdə baş tutacaq. I turun görüşləri avqustun 21-də start götürəcək.
Püşkatma mərasimində ölkə çempionatının yeni hazırlanmış loqosu da təqdim olunub.
Azərbaycan Premyer Liqası
I tur
“Neftçi” - “Səbail”
“Sumqayıt” - “Keşlə”
“Qarabağ” - “Sabah”
“Qəbələ” - “Zirə”