“Səbail” – “Qəbələ” – 0:0
9 dekabr 2018. Saat 17:30. “Bayıl Arena”, 500 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Tome Kitanovski, 55 (hakimin qərarına etiraz); Şəhriyar Rəhimov, 70 (qeyri-idman hərəkəti); Jarjue Maudo, 70 (qeyri-idman hərəkəti) // Rauf Əliyev, 13 (qeyri-diman hərəkəti), 85 ((qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Rauf Əliyev, 85
Qollar: yoxdur
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.
Bu gün Topaz Premyer Liqasında 2018-2019-cu illər mövsümünün ilk yarısına yekun vurulacaq. “Qəbələ” 2018-ci ildə son çempionat oyununu səfərdə keçirib. “Qırmızı-qaralar” mövsümün ikinci dövrəsini “Səbail”lə qarşılaşma ilə başa vurub. Matç “Bayıl Arena”da baş tutub. Ötən turun “Zirə” ilə görüşü (0:0) ilə müqayisədə “qırmızı-qaralar”ın start heyətində 3 dəyişiklik olub. Elvin Camalov, Asif Məmmədov və Ürfan Abbasov “11-lik”dən kənar qalıbsa, Qismət Alıyev, Rauf Əliyev və Ceyms Adeniyi ilk dəqiqələrdən meydana çıxıb.
Komandamız oyuna daha fəal başlayaraq təşəbbüsə yiyələnib. Artıq 2-ci dəqiqədə Təmkin Xəlilzadə uzun ötürmə ilə Rauf Əliyevi qapıçı ilə üz-üzə çıxarıb. Lakin topu yaxşı ram edə bilməyən hücumçu imkanı qaçırıb. Təxminən 10 dəqiqə sonra Əliyev daha bir qol epizodu əldə edib. Amma bu dəfə forvard iti bucaq altından zərbə endirməli olub və hədəfə düşməyib. Meydan sahibləri də müdafiədə qapanmayıb təhlükəli hücumlar təşkil edib. Bakılılar daha çox sağ cinahla həmlələr təşkil edib. Hissənin ortalarında cinahdan ötürmədən sonra diqqət mərkəzinə düşən Raufun baş zərbəsini qapıçı zərərsizləşdirib. Hücumlarına fasilə verməyən “Qəbələ”nin hesabı açmaq üçün növbəti imkanı Raufun başla Ceyms Adeniyiyə ötürmə etməsi ilə yaranıb. Nigeriyalı cərimə meydanı daxilindən dəqiq zərbə vura bilməyib. Hissənin sonları qol epizodları zəngin olub. Stiven Monroz və Cavid Hüseynovun uzaq zərbələri təhlükəli alınıbsa, meydan sahiblərinin hesabı açmasına iki dəfə Dmitri Bezotosnının seyvləri imkan verməyib.
İkinci hissəyə də “Qəbələ” fəal başlayıb. Öncə Stiven Monrozun zərbəsi təhlükəli alınıb. Lalavele Atakoranın ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Ceyms Adeniyi bu imkandan yararlanmayıb. Qismət Alıyevin iti bucaq altında endirdiyi cərimə zərbəsi də yaddaqalan olub. Hissənin böyük bölümü qarşılıqlı hücumlar şəraitində keçib. Bir neçə dəfə Dmitri Bezotosnı inamlı oyunu ilə hesabın açılmasına imkan verməyib.
Beləliklə, “Qəbələ” Topaz Premyer Liqasında mövsümün ilk yarısını ardıcıl ikinci qolsuz sülhlə başa vurub.
“Səbail”
1. Emil Balayev
4. Enrike Perilyo
8. Yevgeni Koçuk
10. Ağabala Ramazanov
(88. Orxan Qurbanlı, 89)
13. Şəhriyar Rəhimov
14. Rahid Əmirquliyev (k)
18. Aqşin Qurbanlı
27. Emil Martinov
28. Kevin Kubemba
33. Tome Kitanovski
99. Jarjue Maudo
Ehtiyat oyunçular:
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
26. Kamal Qurbanov
70. Urfan İsmayılov
17. Elçin Rəhimli
77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
8. Qismət Alıyev
(18. İlqar Qurbanov, 77)
10. Rauf Əliyev
14. Cavid Hüseynov (k)
17. Ceyms Adeniyi
21. Atakora Lalavele
(11. Asif Məmmədov, 83)
27. Bəhlul Mustafazadə
28. Stiven Monroz
33. Təmkin Xəlilzadə
88. Sabien Lilay
Ehtiyat oyunçular:
30. Aqil Məmmədov
35. Murad Popov
2. Amin Seydiyev
5. Rasim Ramaldanov
26. Faiq Hacıyev
79. Əli Sadıxov
99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov