«Qəbələ» MTK ilə oyunun hazırlığına Macarıstanda yekun vurdu
Xəbərlər / 13 İyul 2016 | 21:16101
«Qəbələ» MTK ilə oyunun hazırlığına Macarıstanda yekun vurdu

“Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununun hazırlığını tamamlayıb. Macarıstanın MTK klubu səfər matçının hazırlığına Bakıda start verən “qırmızı-qaralar”ın oyunöncəsi son məşqi Dyer şəhərində baş tutub. Roman Qroqorçukun yetirmələri qarşılaşmadan bir gün öncə matçın keçiriləcəyi “Dyirmot” stadionunda məşq edib. Komandamız məşq prosesində toplu çalışmalara üstünlük verib.
Xatırladaq ki, Dyer şəhərinin “Dyirmot” stadionunda baş tutacaq MTK – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
14 iyul
22:30. MTK (Macarıstan) - “Qəbələ”
Baş hakim: Boyan Pandjiç (İsveç)
Baş hakimin köməkçiləri: Stefan Hallberq, Maqnus Syoblom (hər ikisi İsveç)
Dördüncü hakim: Mohammed Al-Hakim (İsveç)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)
UEFA nümayəndəsi: Valid İmamoviç (Bosniya və Herseqovina)
Dyer. “Dyirmot” stadionu