“Sports.az Awards” mükafatının qalibləri müəyyənləşib.
Qaliblər 2024/25 mövsümünün ən yaxşılarının mükafatlandırma mərasimində təltif olunublar. Sports.az saytının təşkilatçılığı ilə keçirilən tədbirdə klubumuz da mükafatlandırılıb.
“Qəbələ" İdman Klubu “Bölgə futbolunun inkişafındakı roluna görə” mükafatına layiq görülüb. Tədbirdə mükafat klubun prezidenti Fariz Nəcəfova təqdim olunub.
Qeyd edək ki, “Qəbələ” 2024/25 mövsümündə I Liqanın çempionu adını qazanıb.