Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdən öncə komandalar qruplara bölünüb.
“Qəbələ”nin “Omoniya” (Kipr) ilə cütü 3-cü qrupda yer alıb. Bu cüt püşkatmada səpələnməmiş olacaq.
Komandamız mümkün rəqiblərindən üçü cüt, biri əvvəlki mərhələlərdən azad olan klubdur. “Qəbələ” II təsnifat mərhələsini keçsə, “Midtullan” (Danimarka) – “Proqres” (Lüksemburq), “Hapoel” (Beer-Şeva, İsrail) – “Panevezis” (Litva), “Ordabası” (Qazaxıstan) – “Legiya” (Polşa) cütlərinin qalibi və ya “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşa bilər.
Xatırladaq ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 27-də və avqustun 3-də, III təsnifat mərhələsi isə avqustun 10-da və 17-də keçiriləcək.