«Qəbələ» Münhendə
Xəbərlər / 23 İyul 2013 | 13:42257
Avstriyanın Zalsburq şəhərində növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün səfər çərçivəsində ilk sınaq oyununu keçirəcək. "Qırmızı-qaralar" Türkiyə təmsilçisi "Gənclərbirliyi" ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç Almaniyanın Münhen şəhərində təşkil olunduğundan "Qəbələ" bu gün qonşu ölkəyə yollanıb. Yuri Syominin yetirmələri matçın keçiriləcəyi "Hans-Bayer" Stadionunun yaxınlığında yerləşən "Viktor"s Residenz" otelində məskunlaşıb. "Qəbələ" sabah yenidən Avstriyaya dönəcək.
Xatırladaq ki, "Qəbələ" - "Gənclərbirliyi" matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək.