«Qəbələ» Muradov və Santosla yollarını ayırdı
Xəbərlər / 20 İyun 2023 | 11:492071
«Qəbələ» Muradov və Santosla yollarını ayırdı

"Qəbələ” iki futbolçu ilə yollarını ayırıb. Yarımmüdafiəçilər Rövlan Muradov və Felipe Santosla müqavilələrin müddəti başa çatıb.

“Qəbələ” futbol akademiyasının yetirməsi olan Muradov əsas komandada keçirdiyi 117 oyunda 12 qol vurub. Ötən ilin yayından “Qəbələ”nin şərəfini qoruyan braziliyalı legioner 43 matçda 6 dəfə fərqlənib.

“Qəbələ” İdman Klubu Muradovla Santosa “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.