Bu həftə Misli Premyer Liqasında IV dövrəyə start veriləcək. “Qəbələ” XXVIII turda “Neftçi” ilə görüşəcək. İlk oyun günündə meydana çıxacaq “qırmızı-qaralar” rəqibini evdə qəbul edəcək.
Qəbələ şəhər stadionunda baş tutacaq matç iki rəqib arasında 69-cu duel olacaq. İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandalar indiyədək 68 dəfə görüşüb.
Əvvəlki matçlarda 20 qələbəsi olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə edib. 31 oyunda bakılılar qalib gəlib. Bu görüşlərdə 78 qol vuran “Qəbələ” 99 top buraxıb.
İndiyədək keçirilən qarşılaşmalardan 62-sı Premyer Liqa, 6-sı kuboka təsadüf edib. Bu oyun Premyer Liqa çərçivəsində 63-cü duel olacaq. Əvvəlki 62 matçda 18 qələbəsi olan komandamız 14 dəfə bir xalla kifayətlənib və 30 dəfə uduzub. Rəqib qapısına 70 dəfə yol tapan “qırmızı-qaralar” 94 top buraxıb.
“Qəbələ” “Neftçi”ni 34-cü dəfə qəbul edəcək. Əvvəlki 33 ev matçında komandamız 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 16 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 39, qonaqlar 47 qol vurub.
Qeyd edək ki, martın 29-da Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:30-də başlayacaq.
“Qəbələ” – “Neftçi”: Bütün oyunlar
2006/07 mövsümü
30.09.2006. Premyer Liqa. Neftçi - Gilan (Qəbələ) - 4:1
Zaur Tağızadə, 9, Ramazan Abbasov, 12, Georgi Adamiya, 72, Vadim Borets, 83 // Rəhman Əzizov, 86
03.04.2007. Premyer Liqa. Gilan (Qəbələ) - Neftçi - 1:4
Asif Məmmədov, 90+1 // Rəşad Sadıqov, 50 (p.), Branimir Subaşiç, 56, Georgi Adamiya, 65, Nadir Nəbiyev, 90+2
2007/08 mövsümü
26.08.2007. Premyer Liqa. Neftçi - Qəbələ - 2:0
Aqil Məmmədov, 24, Branimir Subaşiç, 87
02.03.2008. Premyer Liqa. Qəbələ - Neftçi - 2:3
Azər Cabbarov, 57, İrakli Vaşakidze, 75 // Branimir Subaşiç, 28, Dmitri Kruqlov, 47, Georgi Adamiya, 90 (p.)
2008/09 mövsümü
24.08.2008. Premyer Liqa. Qəbələ - Neftçi - 0:1
Oleq Gerasimyuk, 39
01.03.2009. Premyer Liqa. Neftçi - Qəbələ - 0:0
2009/10 mövsümü
21.10.2009. Premyer Liqa. Qəbələ - Neftçi - 1:0
Kristian Torres, 80
10.12.2009. Premyer Liqa. Neftçi - Qəbələ - 1:1
Rail Məlikov, 65 // Vurğun Hüseynov, 73
03.04.2010. Premyer Liqa. Neftçi - Qəbələ - 1:2
Rəşad Abdullayev, 63 // Milan Antiç, 35, Tomaş Stolpa, 90+5
09.05.2010. Premyer Liqa. Qəbələ - Neftçi - 0:0
2010/11 mövsümü
15.08.2010. Premyer Liqa. Qəbələ - Neftçi - 0:2
Rəşad Abdullayev, 69, Bahodir Nasimov, 76
21.11.2010. Premyer Liqa. Neftçi - Qəbələ - 0:0
2011/12 mövsümü
18.09.2011. Premyer Liqa. Neftçi - Qəbələ - 2:0
Rəşad Abdullayev, 64, Araz Abdullayev, 85
20.11.2011. Premyer Liqa. Qəbələ - Neftçi - 1:0
Aleksandr Çertoqanov, 39
11.03.2012. Premyer Liqa. Qəbələ - Neftçi - 4:1
Dodo, 18, 27, Yannik Kamanan, 78, 83 // Bahodır Nasimov, 66
11.05.2012. Premyer Liqa. Neftçi - Qəbələ - 0:1
Amil Yunanov, 87
2012/13 mövsümü
18.08.2012. Premyer Liqa. Neftçi - Qəbələ - 3:0
Cavid İmamverdiyev, 47, 87, Julius Vobay, 56
03.11.2012. Premyer Liqa. Qəbələ - Neftçi - 2:1
Lourival Assis, 31, Dodo, 89 // Nikolas Kanales, 32
21.04.2013. Premyer Liqa. Neftçi - Qəbələ - 2:1
Denis Silva Kruz, 53, Nikolas Kanales, 69 // Lorval Assis , 15
14.05.2013. Premyer Liqa. Qəbələ - Neftçi - 1:1
Yannik Kamanan, 72 // Rəşad Sadiqov, 13
2013/14 mövsümü
04.10.2013. Premyer Liqa. Qəbələ - Neftçi - 1:2
Lorenzo Ebesilio, 7 // Mahir Şükürov, 20(p.), Rəşad Sadiqov, 56
15.12.2013. Premyer Liqa. Neftçi - Qəbələ - 2:1
Araz Abdullayev, 12(p.), Mahir Şükürov, 90+4 // Leonardo da Silva, 45+1(p.)
09.03.2014. Premyer Liqa. Qəbələ - Neftçi - 1:2
Lorenzo Ebesillo, 68 // Bahodır Nasimov, 29, 64.
02.05.2014. Premyer Liqa. Neftçi - Qəbələ - 1:2
Cavid İmamverdiyev, 50 – Dodo, 62, Lorentso Ebesilio, 90
22.05.2014. Azərbaycan kuboku. Qəbələ - Neftçi - 1:1, p.2:3
Marat İzmaylov, 70 // Samir Məsimov, 52
2014/15 mövsümü
21.09.2014. Premyer Liqa. Qəbələ - Neftçi - 0:0
29.11.2014. Premyer Liqa. Neftçi - Qəbələ - 0:0
15.02.2015. Premyer Liqa. Qəbələ - Neftçi - 1:3
Viktor Mendi, 10 // Julius Vobay, 58, Denis Silva, 71, Flavinyo, 87
17.04.2015. Premyer Liqa. Neftçi - Qəbələ - 1:3
Nikolas Kanales, 44 // Aleksey Qay, 25, Cavid Hüseynov, 50, Viktor Mendi, 86
2015/16 mövsümü
17.10.2015. Premyer Liqa. Neftçi - Qəbələ - 0:1
Aleksey Antonov, 90
13.12.2015. Premyer Liqa. Qəbələ - Neftçi - 0:1
Filyo Jairo Rodriges, 22
05.03.2016. Premyer Liqa. Neftçi - Qəbələ - 1:2
Salas Quinta Antonio, 26 // Rafael Santos, 52, Rəşad Eyubov, 90
27.04.2016. Azərbaycan kuboku. Neftçi - Qəbələ - 1:1
Rəhman Hacıyev, 71 // Aleksey Qay, 5
01.05.2016. Premyer Liqa. Qəbələ - Neftçi - 2:2
Aleksey Qay, 21(p.),, Rəşad Sadiqov, 51 // Ruslan Qurbanov, 32, Elşən Abdullayev, 64
04.05.2016. Azərbaycan kuboku. Qəbələ - Neftçi - 1:1
Ermin Zets, 75 // Ruslan Qurbanov, 58
2016/17 mövsümü
10.09.2016. Premyer Liqa. Neftçi - Qəbələ - 0:8
Baqali Dabo, 6, 16, 59; Vitali Vernidub, 10; Filip Ozobiç, 29; Ruslan Qurbanov, 45+1, 83; Jayro Rodriges, 70 (ö.q)
29.10.2016. Premyer Liqa. Qəbələ - Neftçi - 4:1
Sergey Zenyov, 11, 59; Asif Məmmədov, 62; Rəşad Eyubov, 77 // Araz Abdullayev, 49
03.02.2017. Premyer Liqa. Qəbələ - Neftçi - 1:0
Daniel Subotiç, 77
14.03.2017. Premyer Liqa. Neftçi - Qəbələ - 1:0
Namiq Ələsgərov, 40
2017/18 mövsümü
24.09.2017. Premyer Liqa. Qəbələ – Neftçi – 2:1
Stiven Monroz, 4; Baqali Dabo, 40 // Namiq Ələsgərov, 48
19.11.2017. Premyer Liqa. Neftçi – Qəbələ – 2:3
Emin Mahmudov, 19; Kiril Petrov, 48 // Baqali Dabo, 22; Ruslan Qurbanov, 56 (p.); Stiven Monroz, 80
04.03.2018. Premyer Liqa. Qəbələ – Neftçi – 1:2
Elvin Məmmədov, 34 // Mirabdulla Abbasov, 59; İqnasio Herrera, 73
12.04.2018. Azərbaycan kuboku. Qəbələ – Neftçi – 1:2
Stiven Monroz, 90+1 // Lukas Qomez, 29; Namiq Ələsgərov, 44
18.04.2018. Azərbaycan kuboku. Neftçi – Qəbələ – 1:3
Soni Mustivar, 9 // Baqali Dabo, 20, 30; Cavid Hüseynov, 60 (p.)
22.04.2018. Premyer Liqa. Neftçi – Qəbələ – 1:0
Ruslan Abışov, 4
2018/19 mövsümü
19.08.2018. Premyer Liqa. Neftçi – Qəbələ – 2:1
Baqali Dabo, 36; Dario Federiko, 48 // Rauf Əliyev, 85
20.10.2018. Premyer Liqa. Qəbələ – Neftçi – 3:1
Ceyms Adeniyi, 14, 77; Stiven Monroz, 57 // Kvame Karikari, 90+4
15.03.2019. Premyer Liqa. Neftçi – Qəbələ – 1:1
Mamadu Mbodj, 54 // Stiven Monroz, 72
05.05.2019. Premyer Liqa. Qəbələ – Neftçi – 1:3
Rauf Əliyev, 84 // Mamadu Mbodj, 25; Baqali Dabo, 71, 90 (p.)
2019/20 mövsümü
28.09.2019. Premyer Liqa. Qəbələ – Neftçi – 0:3
Tural Axundov, 59; Rauf Əliyev, 73, Stiven Monroz, 89
24.11.2019. Premyer Liqa. Neftçi – Qəbələ – 4:1
Soni Mustivar, 17; Ömər Buludov, 24; Stiven Monroz, 35; Evangelos Platellas, 90+1 // Donald Qerye, 90+5 (ö.q.)
22.02.2019. Premyer Liqa. Qəbələ – Neftçi – 0:2
Anton Krivotsyuk, 8; Baqali Dabo, 14
2020/21 mövsümü
27.09.2020. Premyer Liqa. Neftçi – Qəbələ – 1:1
Sabir Buqrin, 90+4 // Rövlan Muradov, 32
22.11.2020. Premyer Liqa. Qəbələ – Neftçi – 1:4
Yusif Nəbiyev, 60 // Anton Krivotsyuk, 38, 51; Namiq Ələsgərov, 57; Prins İbara, 90+4
20.02.2021. Premyer Liqa. Neftçi – Qəbələ – 1:0
Emin Mahmudov, 90+4
10.04.2021. Premyer Liqa. Qəbələ – Neftçi – 2:2
Ceyms Adeniyi, 54; Yurgen Qoxa, 67 // Mirabdulla Abbasov, 62; Emin Mahmudov, 71 (p.)
2021/22 mövsümü
15.08.2021. Premyer Liqa. Neftçi – Qəbələ – 2:2
Fəhmin Muradbəyli, 55; Voyislav Stankoviç, 76 // İsnik Alimi, 67 (p.); Ülvi İsgəndərov, 84
15.12.2021. Premyer Liqa. Qəbələ – Neftçi – 1:1
Rafael Utziq, 28 // Emin Mahmudov, 39
18.03.2022. Premyer Liqa. Neftçi – Qəbələ – 4:0
Eddi İsrafilov, 6, 90+5; Mamadu Mbodj, 17; Gilyerme Pato, 82
09.05.2022. Premyer Liqa. Qəbələ – Neftçi – 1:0
İsnik Alimi, 74 (p.)
2022/23 mövsümü
10.09.2022. Premyer Liqa. Qəbələ – Neftçi – 1:2
Məqsəd İsayev, 32 // Ataa Caber, 46, 53
12.11.2022. Premyer Liqa. Neftçi – Qəbələ – 2:0
Kenni Sayef, 24; Rəhman Hacıyev, 76
10.02.2023. Premyer Liqa. Qəbələ – Neftçi – 0:0
14.04.2023. Premyer Liqa. Neftçi – Qəbələ – 1:2
Emin Mahmudov, 61 (p.) // Ramon Maçado, 13; İsnik Alimi, 24 (p.)
03.06.2023. Azərbaycan Kuboku. Neftçi – Qəbələ – 0:1
İsnik Alimi, 102 (p.)
2023/24 mövsümü
27.08.2023. Neftçi - Qəbələ – 2:0
Rəhman Hacıyev, 45+3; Yuri Matias, 80
05.11.2023. Qəbələ – Neftçi – 0:2
Dieqo Valdez, 60; Rəhman Hacıyev, 90+4
28.01.2024. Neftçi - Qəbələ – 3:1
Emin Mahmudov, 61 (p.); Dieqo Valdez, 67; Brayan Moreno, 90+5 // Emil Səfərov, 87