“Qəbələ” Topaz Premyer Liqasının IV turunun hazırlığına start verib. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə dövründə təlim-məşq toplanışı keçirmək üçün Ukraynaya yollanan “qırmızı-qaralar” vətənə qayıtdıqdan sonra ilk məşqinə çıxıb. Hazırlıqlarını paytaxtda davam etdirən komandamız bu gün Bakı Olimpiya Stadionunda məşq edib. Günün ikinci yarısına təsadüf edən məşq prosesində futbolçular toplu çalışmalara üstünlük verib. “Neftçi” ilə sentyabrın 10-da qarşılaşacaq “Qəbələ” oyunöncəsi son məşqini sabah keçirəcək.
Xatırladaq ki, IV turun “Neftçi” – “Qəbələ” matçı “Əlincə Arena”da baş tutacaq. Sentyabrın 10-da keçiriləcək matç saat 20:00-da başlayacaq.