“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığına start verir. Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ”la səfər matçından (0:2) sonra üç günlük istirahətə buraxılan “qırmızı-qaralar” sabah bir araya gələcək. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda fasilə dövründə yoxlama oyunu keçirəcək. “Qəbələ” “Neftçi” ilə qarşılaşmaya çıxacaq. Görüş oktyabrın 9-da baş tutacaq. Yoxlama oyunu Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində keçiriləcək.