“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə yoxlama görüşü keçirəcək. “Qırmızı-qaralar” “Neftçi” ilə qarşılaşacaq.
Bu matç martın 25-də baş tutacaq. Yoxlama oyunu Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində təşkil olunacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.
Yoxlama oyunu
25 mart
16:00. “Neftçi” – “Qəbələ”
Türk Hava Yolları Futbol Mərkəzi