«Qəbələ» - «Neftçi» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 2 Fevral 2017 | 20:35404
«Qəbələ» - «Neftçi» matçının hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının XVI turunun təyinatları açıqlanıb. Fevralın 3-də keçiriləcək oyunların hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Öz meydanında “Neftçi” ilə qarşılaşacaq “Qəbələ”nin matçına da təyinat alan rəsmilər müəyyənləşib. Qəbələ şəhər stadionunda baş tutacaq görüşü Fariz Yusifov idarə edəcək. Baş hakiminin köməkçiləri Yaşar Abbasovla Namiq Hüseynov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Elvin Əsgərov yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Əli Hüseynov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Məmmədəli Məmmədov olacaq.
Xatırladaq ki, fevralın 3-də baş tutacaq “Qəbələ” – “Neftçi” matçı saat 17:00-da başlayacaq. 

Topaz Premyer Liqası
XVI tur
3 fevral (cümə)
17:00. “Qəbələ” – “Neftçi”
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Namiq Hüseynov
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu