«Qəbələ» - «Neftçi» matçının hakimləri müəyyənləşdi 
Xəbərlər / 2 Mart 2018 | 20:01301
«Qəbələ» - «Neftçi» matçının hakimləri müəyyənləşdi 

Topaz Premyer Liqasında XVIII turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Qəbələ şəhər stadionunda “Neftçi” ilə görüşəcək “Qəbələ”nin də matçına təyinatlar bəlli olub. Martın 4-də keçiriləcək oyunu Rauf Cabbarov idarə edəcək. Onun köməkçiləri Vaqif Musayevlə Vüqar Bayramov olacaq. Dördüncü hakim funksiyasını Ömər Paşayev idarə edəcək. Matçın AFFA nümayəndəsi Şaiq Həmidov, hakim-inspektor Füzuli Nəcəfov olacaq. 

Xatırladaq ki, martın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 15:30-da başlayacaq. 

 

Topaz Premyer Liqası 

XVIII tur

4 mart (bazar) 

15:30. “Qəbələ” – “Neftçi” 

Baş hakim: Rauf Cabbarov 

Baş hakimin köməkçiləri: Vaqif Musayev, Vüqar Bayramov 

Dördüncü hakim: Ömər Paşayev 

AFFA nümayəndəsi: Şaiq Həmidov 

Hakim-inspektor: Füzuli Nəcəfov 

Qəbələ şəhər stadionu