«Qəbələ» - «Neftçi» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 16 Oktyabr 2018 | 10:51186
«Qəbələ» - «Neftçi» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasında II dövrənin ilk təyinatları açıqlanıb. VIII turun görüşlərini idarə edəcək hakimlər, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Dövrənin ilk qarşılaşmasında “Neftçi”ni qəbul edəcək “Qəbələ”nin oyununa da təyinatlar bəlli olub. Oktyabrın 20-də keçiriləcək matçı Rəhim Həsənov idarə edəcək. Qəbələ şəhər stadionundakı matçın köməkçi hakimləri Akif Əmirəli və Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasını Ziya Nəsirov yerinə yetirəcək. Qarşılaşmaya hakim-inspektor kimi Fazil Mürşüdov, AFFA nümayəndəsi kimi isə Namiq Məstanov təyinat alıb.

Xatırladaq ki, oktyabrın 20-də keçiriləcək “Qəbələ” – “Neftçi” görüşü saat 17:00-da başlayacaq.

Topaz Premyer Liqası

VIII tur

20 oktyabr (şənbə)

17:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Namiq Məstanov

Qəbələ şəhər stadionu