Topaz Premyer Liqasında XXVII turun təyinatları açıqlanıb. Mayın 5-də baş tutacaq qarşılaşmaların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Qəbələ”nin “Neftçi” ilə qarşılaşmasını Səbuhi Bayramov idarə edəcək. Onun köməkçiləri Yaşar Abbasovla Eyyub İbrahimov olacaq. Dördüncü hakim funksiyasını Xəlil Xəlilov yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı matçın hakim-inspektoru Asim Xudiyev, AFFA nümayəndəsi isə Elbrus Abbasov olacaq.
Xatırladaq ki, “Qəbələ” – “Neftçi” matçı saat 18:00-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq.
Topaz Premyer Liqası
XXVII tur
5 may (bazar)
18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Qəbələ şəhər stadionu