«Qəbələ» - «Neftçi» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 20 Fevral 2020 | 12:45184
«Qəbələ» - «Neftçi» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XVIII turun bütün təyinatları açıqlanıb. Fevralın 22-23-də keçiriləcək oyunların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin qarşılaşmasının da təyinatları bəlli olub. Turun ilk günündə “Neftçi”ni qəbul edəcək “qırmızı-qaralar”ın matçını Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Namiq Bəkirov yerinə yetirəcək. Görüşün hakim-inspektoru Rövşən Əhmədov, AFFA nümayəndəsi isə Mübariz Hüseynov olacaq.

Xatırladaq ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Neftçi” qarşılaşması saat 15:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XVIII tur

22 fevral (şənbə)

15:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu