«Qəbələ» - «Neftçi» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 20 Noyabr 2020 | 23:03201
«Qəbələ» - «Neftçi» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında X turun son təyinatları açıqlanıb. Noyabrın 22-də keçiriləcək oyunların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin qarşılaşmasının da təyinatları bəlli olub. “Neftçi”ni qəbul edəcək “qırmızı-qaralar”ın matçını Rəvan Həmzəzadə idarə edəcək. Onun köməkçiləri Cəmil Quliyev və Müslüm Əliyev olacaq. Dördüncü hakim funksiyasını Namiq Bəkirov yerinə yetirəcək. Görüşün hakim-inspektoru Anar Salmanov, AFFA nümayəndəsi isə Rüfət Əmirov olacaq.

Xatırladaq ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Neftçi” qarşılaşması saat 14:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

X tur

22 noyabr (bazar)

14:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu