Azərbaycan Premyer Liqasında XXII turun ilk oyun gününün bütün təyinatları açıqlanıb. Aprelin 10-da keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Neftçi” ilə qarşılaşmasının da təyinatları bəlli olub. Turun ilk günündə ev görüşünə çıxacaq “qırmızı-qaralar”ın matçını Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Gülağa Cabarov hakim-inspektor, Bəhram Qurbanov AFFA nümayəndəsi olacaq.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Neftçi” qarşılaşması saat 16:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XXII tur
10 aprel (şənbə)
16:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu