Azərbaycan Premyer Liqasında XIV turun bütün təyinatları açıqlanıb. 2021-ci ilin son turunun oyunları iki günü əhatə edəcək. Dekabrın 15-16-da keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Neftçi” ilə qarşılaşmasının da təyinatları bəlli olub. Turun ilk günündə ev görüşünə çıxacaq “qırmızı-qaralar”ın matçını Kamal Umudlu idarə edəcək. Onun köməkçiləri Müslüm Əliyevlə Kamran Bayramov olacaq. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Neftçi” qarşılaşması saat 16:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XIV tur
15 dekabr (çərşənbə)
16:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu