Azərbaycan Premyer Liqasında XXVI turun bütün təyinatları açıqlanıb. Mayın 8-9-da keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Neftçi” ilə qarşılaşmasının da təyinatları bəlli olub. Turun ikinci günündə ev görüşünə çıxacaq “qırmızı-qaralar”ın matçını Fərid Hacıyev idarə edəcək. Onun köməkçiləri Müslüm Əliyevlə Eyyub İbrahimov olacaq. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Neftçi” qarşılaşması saat 19:45-də başlayacaq.
Azərbaycan Premyer Liqası
XXVI tur
9 may (bazar ertəsi)
19:45. “Qəbələ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu