«Qəbələ» - «Neftçi» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 8 Sentyabr 2022 | 19:25161
«Qəbələ» - «Neftçi» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında VI turun təyinatları açıqlanıb. Sentyabrın 9-11-də keçiriləcək matçların hakimləri müəyyənləşib. “Qəbələ”nin “Neftçi” ilə qarşılaşmasının da təyinatları bəlli olub. “Qırmızı-qaralar”ın ev matçını Rəvan Həmzəzadə idarə edəcək. Onun köməkçiləri Kamran Bayramov və Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. 

Xatırladaq ki, sentyabrın 10-da Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Neftçi” qarşılaşması saat 18:00-da başlayacaq.

 

Misli Premyer Liqası

Vl tur

10 sentyabr (şənbə)

18:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Asim Xudiyev

Qəbələ şəhər stadionu