Misli Premyer Liqasında XXII turun təyinatları açıqlanıb. Fevralın 10-12-də keçiriləcək matçların hakimləri müəyyənləşib. “Qəbələ”nin “Neftçi” ilə qarşılaşmasının da təyinatları bəlli olub. “Qırmızı-qaralar”ın ev matçını Fərid Hacıyev idarə edəcək. Onun köməkçiləri Akif Əliyev və Zöhrab Abbasov olacaq. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
Xatırladaq ki, fevralın 10-da Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Neftçi” qarşılaşması saat 15:00-da başlayacaq.
Misli Premyer Liqası
XXII tur
10 fevral (cümə)
15:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Akif Əliyev, Zöhrab Abbasov, Tural Qurbanov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakin-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu