“Qəbələ” – “Neftçi” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 21 Oktyabr 2025 | 15:2615733
“Qəbələ” – “Neftçi” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında IX turun təyinatları açıqlanıb.

 

Turun son günündə baş tutacaq “Qəbələ” – “Neftçi” qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Akif Əmirəli və Cəmil Quliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək.

 

Elçin Məsiyev VAR, Pərvin Talıbov AVAR olacaq. Ceyhun Haşımov hakim-inspektor, Məmmədəli Məmmədov AFFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.

 

Qeyd edək ki, oktyabrın 26-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 16:00-da başlayacaq.