Misli Premyer Liqasında XXIV turun hakimləri müəyyənləşib.
“Qəbələ” – “Neftçi” oyunun baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Rəşad Əhmədov dördüncü hakim, Kamal Umudlu VAR, Teymur Teymurov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Şahin Cəfərov, AFFA nümayəndəsi Rüfət Əmirov olacaq.
Qeyd edək ki, martın 15-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.