«Qəbələ» - «Neftçi» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 14 Fevral 2020 | 13:46206
«Qəbələ» - «Neftçi» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli açıqlanıb. Fevralın 22-23-də keçiriləcək matçların yeri və vaxtı dəqiqləşib. “Qəbələ”nin “Neftçi” ilə ev qarşılaşmasının da başlama saatı müəyyənləşib. Qəbələ şəhər stadionunda baş tutacaq görüş turun ilk gününə təsadüf edəcək. Matç saat 15:00-da başlayacaq. Bu oyun “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

 

Azərbaycan Premyer Liqası

XVIII tur

22 fevral (şənbə)

15:00. “Qəbələ” – “Neftçi”

Qəbələ şəhər stadionu