«Qəbələ» - «Neftçi» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 13 Noyabr 2020 | 16:07224
«Qəbələ» - «Neftçi» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında X turun oyun cədvəli açıqlanıb. Noyabrın 21-22-də keçiriləcək matçların yeri və vaxtı dəqiqləşib. “Qəbələ”nin “Neftçi” ilə ev qarşılaşmasının da başlama saatı müəyyənləşib. Qəbələ şəhər stadionunda baş tutacaq görüş turun ikinci oyun gününə təsadüf edəcək. Matç saat 14:00-da başlayacaq. Bu oyun “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

 

Azərbaycan Premyer Liqası

X tur

22 noyabr (bazar)

14:00. “Qəbələ” – “Neftçi”

Qəbələ şəhər stadionu