«Qəbələ» - «Neftçi» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 31 Mart 2021 | 14:08201
«Qəbələ» - «Neftçi» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XXII turun oyun cədvəli açıqlanıb. İki günü əhatə edəcək turun matçlarının yeri və vaxtı dəqiqləşib. “Qəbələ”nin “Neftçi” ilə ev qarşılaşmasının da başlama saatı müəyyənləşib. Qəbələ şəhər stadionunda baş tutacaq görüş turun ilk oyun gününə təsadüf edəcək. Matç saat 16:00-da başlayacaq. Bu oyun “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

 

Azərbaycan Premyer Liqası

XXII tur

10 aprel (şənbə)

16:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu