Azərbaycan Premyer Liqasında XXVI turun oyun cədvəli açıqlanıb. Mayın 8-də başlayacaq tur iki günü əhatə edəcək. “Qəbələ”nin “Neftçi” ilə ev qarşılaşmasının da başlama saatı müəyyənləşib. Qəbələ şəhər stadionunda baş tutacaq görüş turun ikinci oyun gününə təsadüf edəcək. Matç saat 19:45-də başlayacaq. Bu oyun “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
XXVI tur
9 may (bazar ertəsi)
19:45. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu