Misli Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb. Sentyabrın 9-11-də keçiriləcək turun matçlarının yeri və başlama saatı dəqiqləşib. “Qəbələ”nin “Neftçi” ilə qarşılaşmasının da vaxtı müəyyənləşib. Komandamız ikinci oyun günündə meydana çıxacaq. Sentyabrın 10-dakı görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Oyunun start fiti saat 18:00-də veriləcək.
Xatırladaq ki, qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
VI tur
10 sentyabr (şənbə)
18:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu