«Qəbələ» - «Neftçi» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 17 Oktyabr 2023 | 10:361208
«Qəbələ» - «Neftçi» oyununun vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb. Noyabrın 3-5-də keçiriləcək turun matçlarının yeri və başlama saatı dəqiqləşib. “Qəbələ”nin “Neftçi” ilə qarşılaşmasının da vaxtı müəyyənləşib. Komandamız turun son oyun günündə meydana çıxacaq. Noyabrın 5-də keçiriləcək görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Oyunun start fiti saat 16:00-də veriləcək. 

Xatırladaq ki, qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

Misli Premyer Liqası

XII tur

5 noyabr (bazar)
16:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu