«Qəbələ» «Neftçi» səddini aşa bilmədi
Xəbərlər / 4 May 2016 | 15:38115
«Qəbələ» «Neftçi» səddini aşa bilmədi

“Qəbələ” 1-1 “Neftçi”
Penaltilər seriyası: 3-4
Azərbaycan Kuboku, ½ final mərhələsi, cavab oyunu
04 may 2016. Saat 16:00. Qəbələ şəhər stadionu, 4200 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Namiq Hüseynov
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi:Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Asif Məmmədov, 20 (qeyri-idman hərəkəti); Elvin Camalov, 44 (qeyri-idman hərəkəti); Samir Zərgərov, 61 (qeyri-idman hərəkəti); Ermin Zets, 120 (fitdən sonra topa zərbə) // Erik Ramos, 61 (qeyri-idman hərəkəti); Aylton Silva, 68 (qeyri-idman hərəkəti)
Qollar: Ermin Zets, 75 // Ruslan Qurbanov, 58
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Günün ilk matçı Qəbələdə baş tutub. “Qırmızı-qaralar” son 8 gündə 3-cü dəfə “Neftçi” ilə qarşılaşıb. Üç gün əvvəl keçirilən çempionat oyunu ilə müqayisədə komandamız matça 6 dəyişikliklə çıxıb. Belə ki, Rikardinyo, Vitali Vernidub, Ürfan Abbasov, Elvin Camalov, Asif Məmmədov, Samir Zərgərov start heyətində yer alıb. Cəzalı Rəşad Sadiqov, həmçinin Pavel Paşayev, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Qismət Alıyev, Rafael Santos isə ilk “11-lik”dən kənar qalıblar. Sadiqovun yoxluğunda kapitan sarğısı Qaya verilib.
Oyuna fəal başlayan “qırmızı-qaralar” ilk dəqiqələrdən üstünlüyü ələ alıb. Komandamız daha çox hücum etsə də, qonaqların müdafiə səddini yarmaqda çətinlik çəkib. Bakılılar isə əks-hücum taktikası seçiblər. Matçda yaranan ilk təhlükəli vəziyyətdə paytaxt təmsilçisinin qapısı önündə yaranıb. Lakin Zərgərov əlverişli vəziyyətdən yararlana bilməyib. Ardınca Aleksey Qayın da əldə etdiyi imkan qolla nəticələnməyib. Fasilədən sonra eyni ssenari ilə davam edən qarşılaşmada Zərgərov əldə etdiyi daha bir qol şansını məntiqi sonluğa çatmayıb. “Neftçi”nin əks-hücumunda isə hesab açılıb. “Qəbələ”nin künc zərbəsindən sonra sürətlə irəli atılan qonaqlar Ruslan Qurbanovun qolu ilə önə keçiblər. Dərhal iki əvəzetməyə əl atan Roman Qriqorçuk Məhəmməd Mirzəbəyovla Ermin Zetsi meydana buraxıb. Bosniya və herseqovinalı hücumçu fərdi ustalığı sayəsində iki rəqibi keçdiyi epizodda hesabı bərabərləşdirib. Əsas vaxtın sonunadək “Qəbələ” daha çox hücum etsə də, hesabı dəyişə bilməyib. Ötən həftə keçirilən ilk görüşdə də 1:1 hesabı qeydə alındığından finalçının taleyinə aydınlıq gətirməli olan əlavə vaxt oynanılıb.
Əlavə hissədə hər iki komanda nəticəni öz xeyrinə dəyişmək istəsə də, nisbətən ehtiyatlı oyuna üstünlük verib. Bu üzdən də hesabın dəyişmədiyi 30 dəqiqə ərzində qapıçılar ciddi gərginlik yaşamayıb. Finalçının adına penaltilər seriyası aydınlıq gətirib. “Qəbələ”nin heyətində Vitali Vernidubla Samir Zərgərovun qeyri-dəqiq olduğu 11 metrlik cərimə zərbələrini daha yaxşı yerinə yetirən “Neftçi” 4:3 hesabı ilə qalib gələrək finala yüksəlib.
“Qəbələ”
22. Dmitri Bezotosnı
20. Rikardinyo
(8. Məhəmməd Mirzəbəyov, 67)
3. Voislav Stankoviç
(44. Rafael Santos, 105)
15. Vitali Vernidub
34. Urfan Abbasov
4. Elvin Camalov
11. Asif Məmmədov
19. Aleksey Qay (k)
32. Rəşad Eyubov
(7. Ermin Zets, 68)
66. Samir Zərgərov
69. Aleksey Antonov

Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
21. Arif Daşdəmirov
87. Ruslan Abışov
25. Qismət Alıyev

Baş məşqçi: Roman Qriqorçuk

“Neftçi”
1. Aqil Məmmədov (k)
3. Jairo Filyo Rodriges
6. Aylton Silva
(20. Salas Quinta Antonio, 72)
4. Rahil Məmmədov
8. Elşən Abdullayev
(26. Kamal Qurbanov, 77)
11. Ruslan Qurbanov
15. Erik Ramos
17. Rəhman Hacıyev
19. Fəhmin Muradbəyli
(7. Araz Abdullayev, 100)
27. Məqsəd İsayev
95. Elvin Bədəlov

Ehtiyat oyunçular:
53. Maksim Vaylo
10. Cavid İmamverdiyev
14. Məhəmməd Qurbanov
18. Elşən Rzazadə

Baş məşqçi: Vəli Qasımov