«Qəbələ»nin 14 futbolçusu milli komandalarda
Xəbərlər / 1 Oktyabr 2021 | 11:37183
«Qəbələ»nin 14 futbolçusu milli komandalarda

“Qəbələ”nin 14 futbolçusu Azərbaycan milli komandalarına çağırılıb. Onlardan səkkizi U-17, altısı U-19-a dəvət alıb.

17 yaşadək futbolçulardan ibarət yığmanın Avropa çempionatının seçmə mərhələsi üçün ilkin heyətində Məmməd Muradov, Samir Ağayev, Ravil Qafarov, Murad Musayev, Rüfət Bədəlzadə, Eşqin Əhmədov, Şahin Şahniyarov və Sənan Ağalarov yer alıb. Millimiz seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 1-dən 4-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. 

19 yaşadək futbolçulardan ibarət yığma isə oktyabrın 1-dən 12-dək Qəbələdə təlim məşq toplanışı keçirəcək. Hazırlıq prosesi çərçivəsində Qırğızıstanla iki yoxlama oyununda qüvvəsini sınayacaq komandaya Mehrac Baxşəlı, Rauf Rüstəmli, Gülağa Əsədov, Xəyal Səmədov, İbrahim Ramazanov və Həsən Həsənli çağırılıb.