“Qəbələ”nin iki futbolçusu Azərbaycan milli komandasına çağırılıb. Rəşad Əzizli və Emil Səfərov yığmamızın heyətində yer alıblar.
Millimiz iyunun 7-də Albaniya, 11-də isə Qazaxıstana qarşı beynəlxalq yoldaşlıq görüşünə çıxacaq. Komandamız hər iki matçını Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçirəcək.