«Qəbələ»nin 3 futbolçusu Azərbaycan milli komandasında
Xəbərlər / 23 Avqust 2017 | 17:41246
«Qəbələ»nin 3 futbolçusu Azərbaycan milli komandasında

Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin 3 futbolçusu yığmaya çağırılıb. Müdafiəçi Ürfan Abbasov, yarımmüdafiəçi Cavid Hüseynov və hücumçu Ruslan Qurbanov millinin sentyabrda keçiriləcək oyunlarının hazırlıq prosesində iştirak edəcəklər.
Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Norveçlə səfərdə, sentyabrın 5-də San-Marino ilə evdə qarşılaşacaq.