Topaz Premyer Liqasında XVI turun rəmzi komandası açıqlanıb. Peşəkar Futbol Liqasının “İnStat”ın təhlilinə əsasən müəyyənləşdirdiyi “11-lik”də “Qəbələ”nin üç futbolçusu yer alıb. Bunlar müdafiəçi Vojislav Stankoviç, yarımmüdafiəçi Davit Volkovi və hücumçu Rauf Əliyevdir. Gürcüstanlı legioner ilk dəfə rəmzi komandaya daxil edilib. Rauf 2-ci, Vojislav isə 3-cü dəfə turun “11-liy”ində yer alıb.