“Qəbələ”nin 3 futbolçusu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. Bunlar Murad Popov, Amin Seydiyev və Rövlan Muradovdur. Onlar yığmanın təlim-məşq toplanışında iştirak edəcəklər. Milli komanda yanvarın 21-dən 24-dək Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək.