Topaz Premyer Liqasının XII turunun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib. “İnstat” şirkətinin təhlillərinə əsasən “Qəbələ”nin futbolçusu Ceyms Adeniyi turun oyunçusu seçilib. “Keşlə” üzərində səfər qələbəsində (2:1) 1 qolla pay sahibi olan nigeriyalı mövsümdə ilk dəfə turun ən yaxşısı adına yiyələnib.
Turun “11-liy”ində “Qəbələ”nin 4 futbolçusu yer alıb. Bunlar müdafiəçilər Təmkin Xəlilzadə və Vojislav Stankoviç, yarımmüdafiəçi Ceyms Adeniyi və hücumçu Stiven Monrozdur. Adeniyi 4-cü, Xəlilzadə ilə Monroz 3-cü, Stankoviç 2-ci dəfə rəmzi komandaya daxil edilib.