Azərbaycan Premyer Liqasında XX turun rəmzi komandası və ən yaxşı futbolçusu müəyyənləşib. “İnStat” şirkətinin təhlilinə əsasən tərtib olunan “11-lik”də “Qəbələ”nin 4 futbolçusu yer alıb. Evdə “Sumqayıt”a 5:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın hücumçusu Nikolas Raysel turun ən yaxşı futbolçusu seçilib. İki qol və bir məhsuldar ötürməyə imza atan forvard ən yüksək indeksə layiq görülüb - 352. Həm Nikolas, həm də müdafiəçi Amin Seydiyev (350) mövsümdə ilk dəfə rəmzi “11-liy”ə düşüb. Qapıçı Anar Nəzirov (303) üçüncü, müdafiəçi İvitsa Juniç (310) dördüncü dəfə turun komandasına daxil edilib.