“Qəbələ”nin 4 futbolçusu Azərbaycanın U-19 yığmasına çağırılıb. Bunlar Əmrah Məmmədli, Emil Səfərov, Gülağa Əsədov və Mehrac Baxşəlidir. Futbolçularımız sentyabrın 24-dən 30-dək Bakıda təşkil olunacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışında iştirak edəcək. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər.