21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Noyabrda iki yoldaşlıq oyunu keçirəcək U-21-ə “Qəbələ”nin 4 futbolçusu dəvət olunub. Bunlar Amin Seydiyev, Faiq Hacıyev, Abbas Ağazadə və Əli Sadıxovdur.
Onların heyətində yer aldığı milli noyabrın 15-də “Dalğa Arena”da Ukrayna yığmasını qəbul edəcək. 4 gün sonra isə U-21 Zenitsa şəhərində Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunu keçirəcək.