Bakıda təşkil olunacaq IV İslam Həmrəylik Oyunlarında iştirak edəcək futbol üzrə Azərbaycan yığmasının ilkin heyəti açıqlanıb. U-23-ün şərəfini qorumağa namizəd olan 37 futbolçu arasında “Qəbələ”nin 4 oyunçusu yer alıb. Bunlar Rəşad Sadiqov, Elvin Camalov, Tellur Mütəllimov və Qismət Alıyevdir. Gələn ay keçiriləcək yarışda yığmanın heyətində 18 futbolçu yer alacaq ki, onlardan üçü 23 yaşdan yuxarı oyunçular ola bilər. Rəşad həmin üç yerdən birinə namizəddirsə, digər futbolçularımız U-23-ə yaşına uyğun olaraq namizəddir.
Xatırladaq ki, İslam Oyunlarının futbol turniri mayın 8-21-də keçiriləcək və Azərbaycan millisi qrupda Mərakeş, Kamerun, Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.