“Qəbələ”nin növbəti dörd oyununun vaxtı müəyyənləşib.
“Qırmızı-qaralar”ın Azərbaycan kubokunun II təsnifat mərhələsindəki matçı və Misli Premyer Liqasının X-XII turlarındakı görüşlərinin vaxtı və yeri dəqiqləşib. Komandamız kubokda mübarizəyə oktyabrın 29-da başlayacaq. Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Mingəçevir” oyunu saat 16:00-da başlayacaq. Qarşılaşma Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq.
X turda “Qəbələ” “Sabah”ın qonağı olacaq. Noyabrın 3-də “Bank Respublika Arena”da baş tutacaq görüşün start fiti 19:30-da səslənəcək.
Misli Premyer Liqasında XI tur “Zəfər turu” adlanacaq. “Qəbələ” I dövrədə son matçını evdə “Sumqayıt”a qarşı keçirəcək. Noyabrın 7-də Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:44-də başlayacaq.
“Qəbələ” II dövrəyə “Zirə” ilə oyunla start verəcək. Noyabrın 22-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq. “Qırmızı-qaralar”ın çempionatdakı hər üç matçı “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.