“Qəbələ”nin 4 oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 3 Fevral 2026 | 00:497376
“Qəbələ”nin 4 oyununun vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında XX, XXI və XXII turların, həmçinin təxirə salınmış oyunun vaxtı və yeri dəqiqləşib.

 

“Qəbələ”nin 4 matçının vaxtı müəyyənləşib. Komandamız XX turda “Sabah”ı qəbul edəcək. Fevralın 16-da baş tutacaq qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək və saat 17:00-da başlayacaq.

 

XXI turun “Sumqayıt”la oyunu fevralın 20-də keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 19:30-da başlayacaq.

 

“Turan Tovuz”la XIV turdan təxirə salınan oyun fevralın 24-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 15:00-da başlayacaq.

 

“Qəbələ” II dövrədə son oyununu fevralın 28-də keçirəcək. “Karvan-Yevlax”la XXII turun matçı Qəbələ şəhər stadionunda baş tutacaq və  saat 17:00-da start götürəcək.

 

Qeyd edək ki, bütün matçlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.