“Qəbələ”nin 5 futbolçusu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasına çağırılıb. Bunlar Elməddin Sultanov, Xəyal Muradov, Samir Qurbanov, İdris İnqilablı və Məhəmməd Məhərrəmovdur. Onlar millinin təlim-məşq toplanışında iştirak edəcək. Yığmamız mayın 13-dən 18-dək Bakıda, mayın 22-dən 28-dək isə Qəbələdə hazırlıq keçəcək.