17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb. Qaxda keçirilən təlim-məşq toplanışında “Qəbələ”nin futbolçuları da iştirak edir. Hazırlıqlara 5 oyunçumuz cəlb olunub. Bunlar Samir Qurbanov, Məhəmməd Məhərrəmov, Əli Mürsəlov, Xəyal Muradov və Cavidan Rəhimlidir. Yığmanın toplanışı avqustun 1-dək davam edəcək.