“Qəbələ”nin 5 futbolçusu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. Bunlar Müşviq Nadirov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Samir Məhərrəmli və Emil Səfərovdur. Onlar U-19-un təlim-məşq toplanışında iştirak edəcək. Milli komanda fevralın 22-dən 28-dək Bakıda hazırlıq keçəcək.